...

Müasir Leyli-Məcnun olan rəqqasə Oksana ilə reper Elşad Xose sevgilərini qıfılladılar (FOTO)

Mədəniyyət Materials 16 İyul 2011 13:46 (UTC +04:00)
Həftə ərzində şəxsi həyatında yaşadığı üzücü hadisələrlə medianın gündəmindən düşməyən rəqqasə Oksana Rəsulova "həyat gözəl, hər şey əladır" devizini əlində rəhbər tutaraq, xoşbəxt günlər yaşadığını oxucularımıza sübut etmək qərarına gəldi.
Müasir Leyli-Məcnun olan rəqqasə Oksana ilə reper Elşad Xose sevgilərini qıfılladılar (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Həftə ərzində şəxsi həyatında yaşadığı üzücü hadisələrlə medianın gündəmindən düşməyən rəqqasə Oksana Rəsulova "həyat gözəl, hər şey əladır" devizini əlində rəhbər tutaraq, xoşbəxt günlər yaşadığını oxucularımıza sübut etmək qərarına gəldi.

Trend-in fotokamerası qarşısına ən yaxın dostu və sevgilisi kimi qiymət verdiyi tanınmış reper Elşad Xose ilə birlikdə keçən rəqqasə istirahət parklarının birində çəkilişi aparmağı təklif etdi. "Start" komandası verdiyimiz an ağacların birindən asılan qıfıl diqqətimizdən yayınmadı. "Bu bizim sevgimizi bir-birinə bağlayan qıfıldır" - deyib könlünü verdiyi insanla səmimi pozalar verməyə başladı. Vaxt azlığından bir neçə dəqiqə davam edən çəkilişi yekunlaşdırsaq da, rəqqasənin ürəyində hələ də deməyə sözü qalmışdı.

"Elşadla aramızda o qədər pak və sevgi əlaqələri var ki, onu sözlərlə dilə gətirmək çox çətindir. Əsas odur ki, boş və yalanla dolu söz-söhbətlər bizi daha da yaxınlaşdırdı və başa düşdüm ki, Elşad mənim həyatda doğmalarımdan sonra güvənə biləcəyim yeganə kişidir. Allah sevgimizi pis gözlərdən qorusun. Nə yaxşı ki, o, həyatımda var və biz xoşbəxtik", - Rəsulova belə dedi.

Həmişə özünəməxsus açıqlamalar verməyə alışdığımız Xose isə sevdiyi xanım barəsində danışmamışdan əvvəl əlindəki qıfılı otun üstünə atıb xoşbəxtliyindən danışdı. "Allah şahiddir ki, ikimiz də qəlbimizdə necə müqəddəs və böyük sevgini daşıyırıq. Heç kimdən qorxumuz yoxdur. Oksananı sevdiyim üçün və bu münasibətdə qarşılıqlı hörmət gördüyüm üçün şadam. Həyatımızda yaşadığımız hadisələr isə bizi qətiyyən narahat etmir. Yaşadıqlarımıza pis və ya çətin gün də deməzdim. Sadəcə kiçik anlaşılmazlıq yaranmışdı ki, o da zamanla ötüb keçəcək. Əsas odur ki, bir-birimizə olan inamımız möhkəmdir, ikimizin də ürəyi əsl sevgi ilə döyünür", - reper dedi.

Deyəsən, müasir Leyli və Məcnun olan sevgililərin başı eşq-məhəbbətə elə qarışıb ki, hətta idarə etdikləri avtomobili də yuyucuya aparmağa vaxt tapmırlar. Şəhərin tozunu canına hopduran avtomobillərinə minib gözdən itdilər.

FOTO: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti