...

Müğənni Samir Piriyev məhəllələrarası velosiped yarışlarının keçirilməsini təklif edir (FOTO)

Mədəniyyət Materials 8 Sentyabr 2011 16:36 (UTC +04:00)
Samir Piriyev əksər dünya ölkələrində ənənəvi təşkil edilən məhəllələrarası velosiped yarışlarının Bakıda keçirilməsi təklifi ilə çıxış etdi.
Müğənni Samir Piriyev məhəllələrarası velosiped yarışlarının keçirilməsini təklif edir (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Samir Piriyev əksər dünya ölkələrində ənənəvi təşkil edilən məhəllələrarası velosiped yarışlarının Bakıda keçirilməsi təklifi ilə çıxış etdi. Trend-ə elə velosiped sürərkən açıqlama verən müğənni, sən demə, uşaq yaşlarından idmanın bu növünə həvəs göstəribmiş.

"Bu velosiped mənim azyaşlı pərəstişkarımın olsa da, mənim velosiped kolleksiyaçısı adlandırmaq olar. Qarajımda bir neçə velosiped var ki, onları illərdən bəri qoruyub saxlayıram. Lakin tanınmış sənətçi olmağım bir neçə məhdudiyyətlər yaradır ki, onlardan biri də ürəyim istəyən vaxt velosipedə minib sərbəst yürüş edə bilməməyimlə bağlıdır. Təklifim var. Hər dəfə qardaş Türkiyəyə səfər edəndə orada məhəllələrarası velosiped yarışlarının keçirildiyinin şahidi oluram. Çox istərdim ki, bizdə də bu tip yarışlar keçirilsin. İlkin mərhələdə velosiped sürməyi sevən müğənniləri bir araya yığsaq, daha effektli olar. Və yavaş-yavaş bu kimi yarışları Bakının bir neçə məhəlləsində təşkil etməyi reallaşdırarıq. Odur ki, bu işdə dəstək olan insanları əməkdaşlığa dəvət edirəm", - müğənni belə dedi.

Yeniyetmə oğlan velosipedi ilə məhəllədə 5-10 dəqiqə yürüş edən Samir, ətrafdakıların onu mobil telefona çəkdiyini görüb ayaq saxladı və avtomobilinə minib məhəlləni tərk etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti