...

Həyatımda hər şey gözəldir - Aynişan Quliyeva (FOTO)

Mədəniyyət Materials 14 Sentyabr 2011 16:36 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın yeganə qız övladı Aynişan Quliyeva sənətçi olmağın ona qazandırdığı uğurlardan danışdı.
Həyatımda hər şey gözəldir - Aynişan Quliyeva (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın yeganə qız övladı Aynişan Quliyeva sənətçi olmağın ona qazandırdığı uğurlardan danışdı. Trend oxucularına səmimi etiraf edən gənc müğənni, səhnə üçün doğulduğundan da məmnunluqla söhbət açdı.

"Həyatımda hər şey gözəldir. Ona görə ki, başda anam olmaqla sevdiyim insanların dəstəyini hər an hiss edirəm. Məndən tələb olunan ancaq oxumaqdır. Və yaradıcılığımda qarşıma çıxa biləcək problemləri həll etmək də mənlik olmur. Məhz buna görə də məni bəxti gətirən müğənni anlandırmaq olar. Pərəstişkarlarım məndən yenilik gözləməkdə davam etsinlər. İnşallah, yeni mövsümdən bir sıra maraqlı layihələrlə onları sevindirməyə çalışacağam", - Aynişan belə dedi.

Fikirlərini tamamladıqdan sonra sənətçi qızı xoşbəxt olduğunu göstərmək üçün fotokameramızın önünə keçməyi də unutmadı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti