...

Don Kixotun ruhunu bədənində daşıyan Azərbaycan stilisti (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2011 16:37 (UTC +04:00)
Populyar top-stilist Samir Əliyev yenə də səssizliyi pozacaq fotoları ilə diqqət mərkəzindədir.
Don Kixotun ruhunu bədənində daşıyan Azərbaycan stilisti (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Ekstravaqant, dəyişən xarici görkəmi ilə dəbi izləyən insanları təəccübləndirməyin öhdəsindən gələn populyar top-stilist Samir Əliyev yenə də səssizliyi pozacaq fotoları ilə diqqət mərkəzindədir.

İspaniyalı zadəgan Don Kixotla özünü müqayisə edən Samir, əfsanəvi qəhrəmanın ruhunu bədənində daşıdığını söyləməklə kifayətlənməyərək, Trend oxucularına fərqli fotosessiyasını da təqdim etdi.

"Mən özümü ruhən Don Kixot kimi hiss edirəm. Yəqin ki, o sağ olsaydı, bizi heç kim bir-birimizdən ayırmazdı. Fərq etmir mən azərbaycanlı, Kixot isə ispandır. O da öz dövründə yeniliklər edib, adını tarixə yazdırıb, mən də fərqliliyimlə hamıdan seçilməyi bacarıram. Bilirəm ki, bu açıqlamamla kimlərisə yenidən qızışdıracağam, amma bu mənim düşüncələrimdir. Bir istəyim var: ideyalarımı, düşüncələrimi həzm etməkdə çətinlik çəkənlər məni başa düşməyə çalışsınlar. Stilist olaraq, çərçivədə yaşamaqdan bezmişəm", - Samir Əliyev ürəyindən keçənləri belə dilə gətirdi.

Xəbər lenti

Xəbər lenti