...

Müğənni Zarinanın dəniz kənarında fərqli fotosessiyası

Mədəniyyət Materials 30 Sentyabr 2011 17:15 (UTC +04:00)
Gözəl mənzərə, elə də uzaqda olmayan Xəzər dənizi. Belə bir maraqlı məkanda şəkil çəkdirmək istənilən xanım müğənninin arzusu ola bilər.
Müğənni Zarinanın dəniz kənarında fərqli fotosessiyası

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Gözəl mənzərə, elə də uzaqda olmayan Xəzər dənizi. Belə bir maraqlı məkanda şəkil çəkdirmək istənilən xanım müğənninin arzusu ola bilər. Amma bu şanslı ifaçı Müğənni Zarina oldu.

Dəniz kənarında fərqli fotosessiya etdirmək üçün Trend-in fotokamerası qarşısına keçən müğənni, xoş çöhrəsi və cazibədar görkəmə malik olması ilə uğurlu çəkiliş etməyimizə zəmin yaratdı.

Qeyd edək ki, "Azəri Star" mahnı müsabiqəsinin qaliblərindən biri kimi tanınan estrada müğənnisi Zarina ötən gün "Delilik" adlı ilk albomunu və eyniadlı mahnısına çəkdirdiyi klipini təmtəraqlı şəkildə media mənsublarına təqdim etmişdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti