...

“Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turunun ilk yarımfinalçısı məlum olub

Mədəniyyət Materials 3 Dekabr 2011 11:00 (UTC +04:00)
“Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ilk yarımfinalçısı məlum olub
“Eurovision-2012” mahnı müsabiqəsinin milli seçim turunun ilk yarımfinalçısı məlum olub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Cümə günü İctimai Teleradioda Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ilk yarımfinalçısı məlum olub. Trend-in məlumatına görə, bu, həftənin birincisi Orxan Kərimli olub.

İlk həftənin 2-cisi Elnarə Həsənova, 3-cüsü Səmra Rəhimli, 4-cüsü Ramin Quliyev, 5-cisi Kənan Qədimov, 6-cısı Amil Qocayev, 7-cisi Canana Zeynalova, 8-cisi Orxan Mirzəyev və 9-cusu Anastasiya Bedritskaya olub. Bu həftənin sonuncu günündə "Eurovision-2011"in qalibi Nigar Camal da iştirak edib.

Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər.

Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 7 həftənin qalibləri növbəti mərhələyə - yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinala keçmiş iştirakçılar isə Azərbaycanı "Eurovision 2012" də təmsil etmək uğrunda yarışacaq.

Xəbər lenti

Xəbər lenti