...

"Eurovision 2012"-nin aksessuarları online satışa çıxarılıb

Mədəniyyət Materials 1 Mart 2012 00:47 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin aksessuarları eurovision.tv saytında online satışa çıxarılıb.
"Eurovision 2012"-nin aksessuarları online satışa çıxarılıb

Azərbaycan, Bakı, 1 mart / Trend /

Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin aksessuarları eurovision.tv saytında online satışa çıxarılıb.

Trend-in cümə axşamı günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, üzərində Bakıda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsinin şüarı "Light your fire" yazılan geyim növləri (köynək, şərf, papaq), fincan, qeyd dəftərçələri, həmçinin məlumat kitabçaları və digər aksessuarlar alıcıların ixtiyarına verilib. Satış eurovision.tv saytının "Fanshop" bölməsi üzərindən həyata keçirilir. Bu aksessuar və suvenirlər Avropa Yayımları Birliyinin (EBU) rəsmi tərəfdaşı olan "Badge Direct BV" şirkəti tərəfindən hazırlanıb.

Eurovision 2012 köynəkləri 24.95-44.95 Avro, papaqları 14.95 Avro, şərfləri 10 Avro, fincanları 7.50 Avro, digər müxtəlif aksessuarlar isə 4.95-119.95 Avro arasındadır. Builki aksessuarlar arasında Eurovision Mahnı Müsabiqəsi tarixində ən yaddaqalan ifaçılar barədə maraqlı faktlar və Bakı haqqında məlumatların yer aldığı kitabça da var.

Xəbər lenti

Xəbər lenti