...

İçərişəhərdə qadınlara dostluq şarjları hədiyyə olunacaq

Mədəniyyət Materials 7 Mart 2012 11:05 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Gazelli International ltd” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə İçərişəhərdə maraqlı aksiya keçiricək.
İçərişəhərdə qadınlara dostluq şarjları hədiyyə olunacaq

Azərbaycan, Bakı, 7 mart /Trend/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Gazelli International ltd" şirkəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə İçərişəhərdə maraqlı aksiya keçiricək. Bu barədə Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Martın 7-si saat 17:00-dan 21:00-a kimi Qoşa Qala Qapısı Meydanında Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçılar Birliyinin üzvləri pulsuz olaraq arzu edən hər bir qadının şarjını çəkəcək. Aksiyaya qoşulan hər bir xanıma onun rəssam tərəfindən çəkilmiş şarjı və qızılgül hədiyyə olunacaq.

Xanımlar DJ Elio Sançezin ifasında müasir musiqi sədaları ilə müşayiət olunacaq bu tədbirə dəvət edilir.

Xəbər lenti

Xəbər lenti