...

Bu gün daha 3 ölkə "Eurovision 2012" təmsilçisini seçir

Mədəniyyət Materials 10 Mart 2012 17:30 (UTC +04:00)
İsveç, Rumıniya və Portuqaliya "Eurovision 2012" təmsilçisini seçir.
Bu gün daha 3 ölkə "Eurovision 2012" təmsilçisini seçir

Azərbaycan, Bakı, 10 mart /Trend/

İsveç, Rumıniya və Portuqaliya "Eurovision 2012" təmsilçisini seçir.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, Portuqaliyanın "Eurovision 2012"-dəki təmsilçisi hər il olduğu kimi, yenə də "Festival da Canção" yarışmasında elan ediləcək. Qalib 12 finalçı arasından müəyyən olunacaq. Saat 01:00-də başlayacaq şou RTP televiziyası ilə canlı yayımlanacaq. Milli final iştirakçılarının ifa etdiyi mahnıların əksəriyyəti Portuqaliyanın UNESCO-nun dünya mədəni irsi siyahısında qorunan fado musiqi janrında olacaq. Bu da şounu özünəməxsus edəcək.

Bu gün milli final həyəcanı yaşayan daha bir ölkə Rumıniyadır. "Selecţia Naţională" adlı şouda ölkə təmsilçiliyi uğrunda 15 ifaçı yarışacaq. İştirakçılardan hansısa birinin şouya qatılmayacağı təqdirdə, onları əvəzləmək üçün əlavə 2 finalçı da müəyyənləşib. Müsabiqə 3 hissədə təşkil olunub. Hər hissəyə 1 saat vaxt ayrılıb. Şounu 23:00-dan etibarən eurovision.tv ilə izləmək mümkündür.

İsveçin 6 həftədən bəri davam edən milli seçim həyəcanı bu gün Stokholmdakı "Globe Arena"da başa çatacaq. "Melodifestivalen" milli finalında İsveçin "Eurovision 2012" təmsilçisi 10 finalçı arasından seçiləcək. Şou 23:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti