...

Səbinə Babayevanın "Eurovision 2012" tanıtım diski işıq üzü görüb

Mədəniyyət Materials 20 Mart 2012 10:30 (UTC +04:00)
Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayevanın müsabiqə üçün tanıtım diski hazırlanıb.
Səbinə Babayevanın "Eurovision 2012" tanıtım diski işıq üzü görüb

Azərbaycan, Bakı, 20 mart /Trend/

Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayevanın müsabiqə üçün tanıtım diski hazırlanıb.

Trend çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimizin müsabiqədəki "When the music dies" mahnısının yer aldığı disk bu ilin mayında - "Eurovision 2012" ərəfəsində təqdim olunacaq.

Sözügedən diskdə təmsilçimizin müsabiqə mahnısının klipi, mahnımız haqqında Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar yer alıb. Bu disk may ayında Bakıya təşrif buyuracaq çoxsaylı ölkələrin nümayəndələrinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti