...

Ukraynada "Eldar Qasımov" adına ağac əkilib (VİDEO)

Mədəniyyət Materials 1 İyun 2012 14:26 (UTC +04:00)
Ukraynanın qərbindəki Savinyon qəsəbəsində Təbiətin Mühafizəsi üzrə Dünya Musiqiçiləri Federasiyasının təşkil etdiyi qeyri-adi aksiya keçirilib.
Ukraynada "Eldar Qasımov" adına ağac əkilib (VİDEO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir V.İmanov/

Ukraynanın qərbindəki Savinyon qəsəbəsində Təbiətin Mühafizəsi üzrə Dünya Musiqiçiləri Federasiyasının təşkil etdiyi qeyri-adi aksiya keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya zamanı uşaqlar məşhur artistlərin adlarının verildiyi ağacların əkilməsində iştirak ediblər. Adları agaclara verilən məşhurlardan biri "Eurovision 2011"-in qalibi Eldar Qasımov olub. Bu barədə Trend-ə cümə günü müğənninin mətbuat katibi Cavid İsgəndərli bildirib.

"İndi Ukraynanın qərbində onun adını daşıyan ağac var. Eldarın özü bu aksiya haqqında öyrənəndə çox sevindi. Eldar xüsusən bu məqsədlə aksiyada iştirak edən uşaqlara video-müraciət ünvanlayıb. Müğənni ona da ümid edir ki, bu ağac ətraf mühitin mühafizəsi işinə kiçik töhfə verəcək", - İsgəndərli qeyd edib.

Xəbər lenti

Xəbər lenti