...

"Mənim Avropam" uşaq rəsm müsabiqəsinin yekunları açıqlanıb (FOTO)

Mədəniyyət Materials 1 İyun 2012 16:22 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa Gününə həsr olunmuş "Mənim Avropam" uşaq rəsm müsabiqəsinin yekunlarını elan edib.
"Mənim Avropam" uşaq rəsm müsabiqəsinin yekunları açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa Gününə həsr olunmuş "Mənim Avropam" uşaq rəsm müsabiqəsinin yekunlarını elan edib.

Trend-in məlumatına görə, münsiflər heyəti tərəfindən rəsm müsabiqəsinin qalibləri 2 yaş kateqoriyasında (5-9 və 10-14 yaş arasında) müəyyənləşdirilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Aİ-nin Azərbaycandakı səfiri Roland Kobia və Rəssamlar İttifaqının baş katibi Ağa Əli İbrahimov qalibləri mükafatlandırıb. Birinci yerin qaliblərinə iPad2, ikinci yerin qaliblərinə isə iPod hədiyyələri verilib.

Müsabiqənin bütün iştirakçıları sertifikatla təltif olunaraq hədiyyələr alıb.

Roland Kobia qeyd edib ki, uşaqlar rəsmlər vasitəsilə Avropa barədə bilgilərini, düşüncələrini və Azərbaycanın Avropada yerini necə gördüklərini nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti