...

Azərbaycan YUNESKO-nun iclasında iştirak edəcək

Mədəniyyət Materials 1 İyun 2012 16:12 (UTC +04:00)
Azərbaycan iyunun 4-8-də Parisdə keçiriləcək YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclasında iştirak edəcək.
Azərbaycan YUNESKO-nun iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan iyunun 4-8-də Parisdə keçiriləcək YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclasında iştirak edəcək.

Trend cümə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, iclas zamanı Konvensiyanın icrası üzrə operativ təlimatlara yenidən baxılması, qeyri-hökumət təşkilatlarının Komitə yanında məsləhətçi qismində akkreditasiya olunması məsələsinin müzakirəsi və Komitənin yeni üzvlərinin seçilməsi məsələsinə baxılacaq. İclasda həm də növbəti ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasının yubiley tədbirinin və Hökumətlərarası Komitənin iclasının Bakıda keçirilməsi məsələsi də müzakirə olunacaq.

YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının IV iclasında nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, həmçinin YUNESKO-nun müstəqil eksperti Sənubər Bağırova iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti