...

"YARAT!" təşkilatı Məmməd Mustafayevin "Şəhər motivi" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 1 İyun 2012 20:25 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü İçərişəhərdə rəssam Məmməd Mustafayevin "Şəhər motivi" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Məmməd Mustafayevin "Şəhər motivi" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü İçərişəhərdə rəssam Məmməd Mustafayevin "Şəhər motivi" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov, tanınmış rəssam Altay Sadıqzadə və digər tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Mustafayevin quraşdırmalı, şəbəkəli memarlıq nümunəsi özündə müxtəlif boyda və ölçüdə olan real pəncərə çərçivələrini əks etdirir. Layihənin müəllifi - öz doğma şəhərinə hədsiz dərəcədə vurğun olan bakılı bu işi ilə şəhərə, eləcə də şəhərin urbanizm mühitində (bu mühiti dəyişərək və çevrilərək) gedən proseslərə özünün sevgisini göstərir. Pəncərə çərcivələri sanki bir-birinə sarılıblar... Bu kompozisiyadan aldığımız təəssürat qədim İçərişəhəri gəzərkən yaranan təəssüratı xatırladır. Dalanların ensizliyini və məkanın darlığını görüb, sözün əsl mənasında. sanki özünü evlərin arasında sıxılmış kimi hiss edirsən. Bu zaman elə təsəvvür yaranır ki, pəncərə çərçivələri və kiçik eyvanlar həqiqətən sanki bir-biri ilə "hörülüblər", hətta üst-üstə geydiriliblər və bir-biri ilə sıx əlaqəli şəkildə doğma ev mühiti aurasını, qonaqpərvər rahatlıq aurasını yaradırlar. Məkanın ensiz və dar olması artıq neqativ deyil, əksinə, haradasa ilıq, doğma və yaxın kimi qəbul edilir...

Məlum olduğu kimi, Bakının genişlənmə planının əsası 1878-ci ildə qoyulub. Layihələr içində İçərişəhəri tamamilə dağıtmaq təklifi də var idi. Ancaq yekunda quberniya administrasiyası bu məramından imtina etmiş və ilk memarlıq layihələri və Bakının xarici görünüşünün dəyişməsini Qalanın ətraf küçələrindən başlamağa qərar vermişdi. Layihələr içində İçərişəhərin sökülməsi və yerində müasir küçə və binaların inşası təkliflərinə bir neçə dəfə baxılmışdı. Xoşbəxtlikdən, şəhərin taleyini müəyyən edən insanlar unikal memarlıq abidəsini qorumaq qərarını vermişdilər. О vaxt hər iki qala divarının yanı ilə torpaq yol keçirdi: quberniya administrasiyası ikinci divardan 50-60 metr aralıqda dairəvi yolun tikintisi, yarımdağınıq halda olan və funksional əhəmiyyətini itirmiş xarici divarların sökülməsi qərarını verdi. Bununla yanaşı olaraq, quberniya administrasiyası ikinci qala divarlarının əsas qüllə və bastionlarını qorumaq qərarına gəldi. Bununla, İçərişəhər şərti olaraq şəhərdən ayrılmış oldu.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti