...

Rusiyalı nənələrin "Eurovision 2012"-dən sonra planları

Mədəniyyət Materials 2 İyun 2012 14:17 (UTC +04:00)
Rusiyanın "Buranovskiye babuşki" qrupu yay ərzində müxtəlif konsertlərdə çıxış edəcək.
Rusiyalı nənələrin "Eurovision 2012"-dən sonra planları

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Rusiyanın "Buranovskiye babuşki" qrupu yay ərzində müxtəlif konsertlərdə çıxış edəcək.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, hazırda nənələr qastrola hazırlaşır. Onlar yay ərzində Latviyada, Belarusda olacaq. Qrup iyunun 3-də "Junior Eurovision 2012"-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.

Xatırladaq ki, "Eurovision 2012" mahnı müsabiqəsinin favoritlərindən olan "Buranovskiye babuşki" müsabiqənin final mərhələsində 26 təmsilçi arasında 2-ci yeri tutub.

Bir neçə gün bundan əvvəl isə Udmurtiyada "Buranovskiye babuşki" qrupunun şərəfinə 26 may nənələr günü elan edilib. Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, bu qərar nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra verilib.

Xəbər lenti

Xəbər lenti