...

Azərbaycan filmləri Qırğızıstanda nümayiş olunacaq

Mədəniyyət Materials 4 İyun 2012 17:39 (UTC +04:00)
Azərbaycan kinosunun qızıl fonduna daxil olan yeddi film Qırğızıstanın televiziya kanalında nümayiş olunacaq.
Azərbaycan filmləri Qırğızıstanda nümayiş olunacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan kinosunun qızıl fonduna daxil olan yeddi film Qırğızıstanın televiziya kanalında nümayiş olunacaq.

Azərbaycanın Qırğızıstandakı səfirliyinin mətbuat katibi İlkin Abbasəliyev bazar ertəsi Trend-ə bildirib ki, filmlər "5-ci kanal" televiziya kanalında "Azərbaycan kinosu həftəsi"nin kecirilməsi və kino mədəniyyətimizin Qırğızıstan xalqına təbliğ olunması məqsədilə nümayiş olunacaq.

Qeyd edək ki, telekanalda nümayiş etdiriləcək filmlərın siyahısına "Üzeyir Hacıbəyov", "Nəsimi", "Sizi dünyalar qədər sevirdim", "Bəxtiyar", "Yeddi oğul istərəm", "Leyli və Məcnun" və "Sehirli xalat" daxildir.

Xəbər lenti

Xəbər lenti