...

Bakı muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Mədəniyyət Materials 13 İyun 2012 16:39 (UTC +04:00)
Bakı muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçiriləcək.
Bakı muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir C.Babayeva/

Bakı muzeylərində Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Milli İncəsənət Muzeyində "Müstəqilliyimizin töhfələri" adlı mühazirə keçiriləcək. Mühazirəni muzey direktorunun elmi işlər üzrə müavini Elmira Qasımova oxuyacaq.

Elə həmin gün Dövlət Konservatoriyasının tələbələri tərəfindən "Qurtuluş tariximiz" konsert proqramı təşkil olunacaq.

L.Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənəti Muzeyində "Mədəniyyətimizin hamisi" adlı tədbir təşkil olunacaq.

Həmçinin, iyunun 14-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində və Azərbaycan İstiqlal Muzeyində, iyunun 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçiriləcək.

15 iyun C.Cabbarlı adına Dövlət Teatr Muzeyində "Açıq qapı" günü elan edilib.

Xəbər lenti

Xəbər lenti