...

Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 14 İyun 2012 17:12 (UTC +04:00)
İyunun 17-dən 21-dək Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 17-dən 21-dək Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Trend cümə axşamı Mədəniyyət və Turizm Naziriyinin rəsmi saytına istinadən məlumat verir ki, tədbir iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən gerçəkləşəcək. Ankara və İzmir şəhərlərində keçiriləcək mədəniyyəti günləri çərçivəsində iki dost, qardaş ölkə arasındakı mədəni əlaqələrin daha da inkişafına xidmət edən konsert proqramları, sərgi və konfransların təşkili də nəzərdə tutulur.

Türkiyədə ilk dəfə keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyəti iştirak edəcək.

Mədəniyyət günlərinin təntənəli açılış mərasimi iyunun 18-də Ankara şəhərində gerçəkləşəcək.

Mədəniyyət günlərinin ikinci günü TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçiriləcək. Mədəniyyət günləri çərçivəsində Ankarada rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq.

Mədəniyyət günləri İzmir şəhərində davam edəcək. Burada incəsənət ustalarımızın iştirakı ilə geniş konsert proqramı keçiriləcək. Azərbaycanın xalq tətbiqi sənəti inciləri, milli geyim, xalça və rəngkarlıq nümunələrindən ibarət sərgi İzmirdə də nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti