...

Bakıda "Kinoşok" festivalının qalib filmlərinə baxış keçiriləcək

Mədəniyyət Materials 18 İyun 2012 14:52 (UTC +04:00)
İyunun 19-u və 20-də Bakıda "Kinoşok" Açıq Kino Festivalının qalib filmlərinə baxış keçiriləcək.
Bakıda "Kinoşok" festivalının qalib filmlərinə baxış keçiriləcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 19-u və 20-də Bakıda "Kinoşok" Açıq Kino Festivalının qalib filmlərinə baxış keçiriləcək. Bu barədə Trend bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir.

"Kinoşok" Açıq Kino Festivalının qalib filmlərinə baxış Nizami Kino Mərkəzində təşkil olunacaq. Tədbir festivalın yaranmasının 20 illiyinə həsr olunub.

Dörd filmdən ibarət yubiley proqramının açılışı rejissor Rüstəm Abdraşevin "Dirçəliş adası" filmi ilə olacaq.

İyunun 19-da "Dirçəliş adası" (rejissor Rüstəm Abdraşev - Qazaxıstan), "Parisə pəncərə" (rejissor Yuri Mamin - Rusiya-Fransa), iyunun 20-də "Natiq" (rejissor Yusup Razıkov - Özbəkistan) və "Avrasiyalı" (rejissor Şarunas Bartas - Litva-Rusiya-Fransa) filmləri təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti