...

YAP Gənclər Birliyi "Eurovision" təmsilçilərinin konsertini təşkil edəcək

Mədəniyyət Materials 19 İyun 2012 12:05 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Eurovision" mahnı müsabiqəsi təmsilçilərinin konsertini təşkil edəcək.
YAP Gənclər Birliyi "Eurovision" təmsilçilərinin konsertini təşkil edəcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Eurovision" mahnı müsabiqəsi təmsilçilərinin konsertini təşkil edəcək.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, "Heydər Əliyev: Qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramında Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal, Səfurə Əlizadə, Səbinə Babayeva və Ruminyanın "Mandinga" qrupunun ifaçısı, gənclərin sevimlisi Elena iştirak edəcək.

Nizami rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan konsert iyunun 20-si saat 21:00-da "Musiqili alov" fəvvarə kompleksində (Koroğlu metrosu ilə üzbəüz) baş tutacaq.

Xəbər lenti

Xəbər lenti