...

Azərbaycanlı müğənni ölkəmizi beynəlxalq festivalda təmsil edəcək (FOTO)

Mədəniyyət Materials 25 İyun 2012 12:07 (UTC +04:00)
Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov türk və Azərbaycan dillərində oxuduğu mahnılardan ibarət “Qanadsız mələklər” (www.seyran.eu) adlı albomunun təqdimatı ilə bağlı hazırda İstanbulda səfərdədir.
Azərbaycanlı müğənni ölkəmizi beynəlxalq festivalda təmsil edəcək (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov türk və Azərbaycan dillərində oxuduğu mahnılardan ibarət "Qanadsız mələklər" (www.seyran.eu) adlı albomunun təqdimatı ilə bağlı hazırda İstanbulda səfərdədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iyulun 1-dən 7-ə qədər isə gənc istedadlı müğənni Monteneqroda beynəlxalq "Suncane Skale 2012" festivalında mətnini və musiqisini özü yazdığı "Sunshine" (http://www.youtube.com/watch?v=hOfZfacVFuU) mahnısı ilə Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, 18 ildən bəri keçirilən "Suncane Skale" festivalı Monteneqro üçün ölkənin simvoluna çevrilib və Azərbaycan bu il ilk dəfə festivalda iştirak edəcək.

Azərbaycanı festivalın münsiflər heyətində tanınmış prodüsser İsa Məlikov təmsil edəcək. Həmin festivalda Seyran İsmayılxanovun daha bir mahnısını ("My heart makes boom boom boom" (http://www.youtube.com/watch?v=IMQOcNkxBIM) Tacikistan müğənnisi Təhminə Niyazova təqdim edəcək. Öz ölkəsində ulduz hesab edilən müğənni yeni albomuna Seyran İsmayılxanovun yazdığı dörd mahnı və iki duet daxil edib.

Xəbər lenti

Xəbər lenti