...

Nikita Mixalkov Şəfiqə Məmmədovanı təbrik edib (FOTO)

Mədəniyyət Materials 25 İyun 2012 17:42 (UTC +04:00)
Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib.
Nikita Mixalkov Şəfiqə Məmmədovanı təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir V.İmanov/

Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib. Bu barədə bazar ertəsi Trend-ə Respublika Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən məlumat veriblər.

"Sizi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması və sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Son 20 ildə Azərbaycan və Rusiya Kinematoqrafçılar ittifaqlarının əməkdaşlığı dayanmışdı. Bu, Sizin təqsiriniz deyil. Hərçənd, ölkələrimizin kinematoqrafçılarının şəxsı əlaqələri kəsilməyib. Xoş münasibətlərimizin bərpa edilməsinə ümidimi ifadə edir və Sizi Moskvaya dostluq səfərinə dəvət edirəm", - məktubda deyilir.

"Gürcüstanfilm" kinostudiyasının direktoru D.Naçişvili də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması ilə bağlı Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib.

Xatırladaq ki, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması barədə qərar Bakıda "Nizami" Kino Mərkəzində "Kino və konseptual problemlər" mövzusunda keçirilmiş tədbirdə verilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Nərimanfilm" kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.

Xəbər lenti

Xəbər lenti