...

Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 28 İyun 2012 17:09 (UTC +04:00)
Tbilisidə gənc azərbaycanlı rəssam, Tbilisi Rəssamlıq Akademiyasının I kurs tələbəsi Əli Əliyevin fərdi sərgisinin açılışı olub.
Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Tbilisidə gənc azərbaycanlı rəssam, Tbilisi Rəssamlıq Akademiyasının I kurs tələbəsi Əli Əliyevin fərdi sərgisinin açılışı olub.

Trend-in məlumatına görə, sərgidə rəssamın son illərdə çəkdiyi 35 əsəri sərgilənir. İyunun 30-na qədər davam edəcək sərgi Dialoq və İnkişaf Fondunun təşkilatçılığı ilə "Qafqaz Evi"ndə keçirilir.

Abstrakt mövzuda çəkməyə üstünlük verən rəssam Əli Əliyev bildirib ki, sərgi Tbilisidə keçirilən sayca dördüncü sərgidir. Onun sözlərinə görə, əsərlərini yaratmaqda ilham pərisi İlahi qüvvədir.

Sərgidə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi, QHT təmsilçiləri, azərbaycanlı tələbə və gənclər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti