...

Mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının uğurlu fəaliyyət göstərəcəyinə inanır

Mədəniyyət Materials 2 Avqust 2012 18:23 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının uğurlu fəaliyyət göstərəcəyinə inanır.
Mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının uğurlu fəaliyyət göstərəcəyinə inanır

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

Mədəniyyət və turizm naziri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının uğurlu fəaliyyət göstərəcəyinə inanır.

"Azərbaycanda bütün sahələrdə çalışan yaradıcı insanlar müxtəlif formalarda birləşərək öz qarşısına yeni məqsədlər qoya bilərlər. Yaradıcılıq proseslərini gücləndirmək qərarına gəlirlərsə, burada heç bir qəbahət yoxdur. Düşünürəm ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının işi bundan sonra səmərəli aparılacaq. Mən onlara uğurlar diləyirəm", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə nazir Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini heç kəs dayandırmır, ona qadağalar qoymur.

"Lakin proseslər onu göstərir ki, bu gün Azərbaycan kino xadimləri müasirliyə, yeniliyə, gələcək inkişafa daha böyük maraq göstərirlər. Ona görə də düşünürəm ki, yeni yaradılan qurumun fəaliyyəti uğurlu olacaq", - Qarayev deyib.

Əbülfəs Qarayev nazirliyin yeni yaradılmış quruma lazımi dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti