...

Bakıda Müslüm Maqomayevin 70 illik yubileyi münasibətilə xatirə konserti keçiriləcək

Mədəniyyət Materials 10 Avqust 2012 14:35 (UTC +04:00)
"İrəli" İctimai Birliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.
Bakıda Müslüm Maqomayevin 70 illik yubileyi münasibətilə xatirə konserti keçiriləcək

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M.Əliyev/

"İrəli" İctimai Birliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.

İB-dən Trend-ə verilən məlumata görə, tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İrəli" Mədəniyyət Mərkəzinin üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda, Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq.

"Öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması bizim üçün məsuliyyətli, eyni zamanda, qürurverici hadisədir. Məqsədimiz dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də M.Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır", - "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib.

Konsert proqramında 400 nəfər qonağın işitrakı gözlənilir. Tədbirdə iştirak etmək istəyənlər şəxslər Facebook səhifəsinə daxil ola bilərlər (http://www.facebook.com/events/118726734934955/)

Xəbər lenti

Xəbər lenti