...

Rusiya Kino Arxivi Qara Qarayevin nadir kino materiallarını təqdim edib

Mədəniyyət Materials 31 Avqust 2012 13:25 (UTC +04:00)
Rusiya Kino Arxivindən Azərbaycan Dövlət Film Fonduna dahi bəstəkar Qara Qarayevin nadir kino materialları təqdim edilib.
Rusiya Kino Arxivi Qara Qarayevin nadir kino materiallarını təqdim edib

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Rusiya Kino Arxivindən Azərbaycan Dövlət Film Fonduna dahi bəstəkar Qara Qarayevin nadir kino materialları təqdim edilib. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Fonddan bildiriblər ki, bu qiymətli materiallar dilimizə tərcümə edildikdən sonra Azərbaycan Dövlət Televiziyasında nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti