...

Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi təklif edilib

Mədəniyyət Materials 4 Oktyabr 2012 11:40 (UTC +04:00)
Trend-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu təklif oktyabrın 4-5-də Bakıda keçirilən Humanitar Forum çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva arasında görüşdə səsləndirilib.
Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi təklif edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi təklif edilib.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu təklif oktyabrın 4-5-də Bakıda keçirilən Humanitar Forum çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva arasında görüşdə səsləndirilib.

Görüşdə İtaliyanın nümayəndə heyəti bir neçə yeni layihələr də təklif edib. Təklif olunan layihələr arasında Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi layihəsi xüsusilə maraq doğurub.

Nazir müavini qonaqları 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Mədəniyyətlərarası Dialoq Forumuna, habelə ölkəmizdə keçirilən digər beynəlxalq festival və tədbirlərdə iştirak etməyə dəvət edib.

Görüş zamanı İtaliya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti