...

"Gənc istedad-2012" müsabiqəsinə start verildi

Mədəniyyət Materials 18 Oktyabr 2012 17:00 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində keçirilən "Gənc istedad-2012" adlı təsviri sənət müsabiqəsinə qəbul başlayıb.
"Gənc istedad-2012" müsabiqəsinə start verildi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində keçirilən "Gənc istedad-2012" adlı təsviri sənət müsabiqəsinə qəbul başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə 18-29 yaşlı gənc rəssamlar arasında keçirilir. Qaydalara əsasən, müsabiqəyə yalnız son bir ildə yaradılmış, sərgilərdə nümayiş etdirilməmiş, çərçivəyə salınmış yeni əsərlər qəbul olunur. Hər bir müəllif ən çox 3 əsər təqdim edə bilər.

Qeyd edək ki, müsabiqə təsviri sənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə paralel olaraq keçirilir. Müsabiqənin qaliblərini münsiflər heyəti seçəcək. Hər bir nominasiya üzrə qaliblər I, II, III yer üzrə müəyyən ediləcək və müvafiq olaraq, 1000, 800 və 600 AZN məbləğində pul mükafatı ilə təltif ediləcəklər. Hər nominasiya üzrə 200 AZN dəyərində həvəsləndirici mükafat da müəyyən edilib.

Bundan əlavə, qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş xüsusi diplomlar, müsabiqənin bütün iştirakçılarına isə şəhadətnamələr təqdim olunacaq. Cari ilin noyabr ayında müsabiqənin yekunlarına həsr edilmiş sərgi təşkil ediləcək və "Gənc istedad-2012" adlı kataloq nəşr olunacaq.

Müsabiqəyə sənəd və işlərin qəbulu 5 noyabr 2012-ci il tarixədək davam edəcək. İşlərin qəbulu Xətai Sənət Mərkəzində (ünvan: Bakı ş., Xocalı prospekti, 40G, tel.: (012) 490 84 53, e.mail: [email protected]) həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti