...

"İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" layihəsində iştirak edəcək tələbələr seçilib

Mədəniyyət Materials 19 Oktyabr 2012 13:25 (UTC +04:00)
"Içərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanm Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin (Prince's School of Traditional Ark) "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" layihəsində iştirak etmək imkanı qazanmış 22 tələbə seçilib.
"İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" layihəsində iştirak edəcək tələbələr seçilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin (Prince's School of Traditional Ark) "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" layihəsində iştirak etmək imkanı qazanmış 22 tələbə seçilib.

Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, layihə ilkin razılaşma əsasında növbəti üç ili əhatə edəcək. Ənənəvi İncəsənət Mərkəzi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bu məqsədlə ayrılmış xüsusi binada fəaliyyət göstərəcək.

Oktyabrın 22-dən başlayacaq tədris prosesində daim Bakıda çalışacaq, habelə mövzulardan asılı olaraq müvəqqəti səfərlərlə Bakıya gələcək Şahzadə Məktəbinin müəllimləri iştirak edəcəklər. Bununla yanaşı, tədris prosesinə vaxtaşırı olaraq yerli ekspert və müəllimlərin də cəlb olunması planlaşdırılır. 3 illik proqramı uğurla başa vuracaq tələbələrə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi tərəfindən müvafiq diplomlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti