...

Azərbaycan kinorejissorunun 60 yaşı tamam olur (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2013 15:18 (UTC +04:00)
Bu günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun 60 yaşı tamam olur.
Azərbaycan kinorejissorunun 60 yaşı tamam olur (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bu günlərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun 60 yaşı tamam olur.

O, 3 fevral 1953-cü ildə anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, 1977-1978-ci illərdə həqiqi hərbi xidmətdə olub.

N.Əzməmmədov 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirib, 1978-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında bədii filmlər üzrə rejissor assistenti kimi fəaliyyətə başlauıb, sonralar aktyor, ikinci rejissor kimi fəaliyyətini davam etdirib.

Müxtəlif illərdə çəkilmiş 20-ə yaxın bədii və qısametrajlı filmlərdə aktyor, rejissor assistenti və rejissor olub: "Od içində" (1978) - aktyor; "Qəribə adam" (1979) - rejissor assistenti, aktyor; "Anlamaq istəyirəm" (1980) - rejissor assistenti, aktyor; "Birisigün gecəyarısı..." (1981) - rejissor assistenti, aktyor; "Asif, Vasif, Ağasif" (1983) - rejissor assistenti, aktyor; "Park" (1984) - aktyor; "Tənha narın nağılı" (1984) - aktyor; "Qanlı zəmi" (1985) - rejissor assistenti; "Sizi dünyalar qədər sevirdim" (1985) - rejissor assistenti; "İşarəni dənizdən gözləyin" (1986) - rejissor assistenti; "Şeytan göz qabağında" (1987) - ikinci rejissor, aktyor ("KAMAZ"ın sürücüsü); "Yaramaz" (1988) - ikinci rejissor; "Yaşa, qızıl balıq (1988) - ikinci rejissor; "Alman klinikasına şəxsi səfər" (1988) - aktyor; 16."Hücum" (1989) - rejissor assistenti; "Gecə qatarında qətl" (1990) - ikinci rejissor, aktyor; "Qara Volqa" (1994) - ikinci rejissor, aktyor (Səfərəli); "Biz qayıdacağıq (2007) - aktyor.

Azərbaycan Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

1997-ci ildən "Azərbaycan Dəmir Yolları"nın Mətbuat Xidmətində çalışır. 2003-cü ildən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisidir.

Mətbuat Katibliyinin gərgin fəaliyyəti nəticəsində ölkə ictimaiyyəti bu qurumda həyata vəsiqə alan yeniliklərdən xəbərdar olub. N.Əzməmmədovun rejissorluğu ilə "Dəmir yolunda dəmir intizam", "Polad magistralın simfoniyası", "Heydər Əliyevin rəhbərliyi altında dəmir yolu nəqliyyatının 30 illik inkişaf və tərəqqi dövrü", "Gələcəyə aparan yol", "Azərbaycan dəmir yolları müstəqillik illərində" sənədli filmləri ekranlaşdırılıb.

Bütövlükdə bu müddət ərzində ölkə polad magistralından bəhs edən 3000-dən çox informasiya xarakterli süjetlər müxtəlif telekanalar vasitəsilə yayımlanıb.

Həmkarımızı şərəfli 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti