...

Bakıda "Balıq bürcü" adlı müasir təsviri incəsənət sərgisi keçiriləcək

Mədəniyyət Materials 15 Fevral 2013 16:05 (UTC +04:00)
Cari il fevral ayının 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Balıq bürcü" adlı müasir təsviri incəsənət sərgisi açılacaq.
Bakıda "Balıq bürcü" adlı müasir təsviri incəsənət sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Cari il fevral ayının 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Balıq bürcü" adlı müasir təsviri incəsənət sərgisi açılacaq.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, layihə Muzey Mərkəzinin incəsənət qalereyası tərəfindən təqdim olunacaq.

Balıq mövzu olaraq müxtəlif millətlərin ədəbiyyatında, mifologiyasında, nağıl və əfsanələrində yer alır. Bütün dövrlərdə rəssamlar bu mövzuda əsərlər yaradıblar.

Ekspozisiyada həm rəngkarlıq, qrafika, heykəltəraşlıq janrlarında əsərlər sərgilənəcək, həm də xüsusi olaraq bu layihə üçün hazırlanmış video-instalyasiyalar və filmlər təqdim olunacaq.

Sərgidə tanınmış sənətkarlarla yanaşı gənc rəssamların da əsərləri nümayiş ediləcək.

Sərgi fevralın 28-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti