...

Azərbaycanda yeni filmlər çəkilib

Mədəniyyət Materials 18 Fevral 2013 17:33 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında 10 yeni sənədli filmin çəkilişləri başa çatıb.
Azərbaycanda yeni filmlər çəkilib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında 10 yeni sənədli filmin çəkilişləri başa çatıb.

Trend-in bazar ertəsi nazirliyin saytına istinadən verdiyi məlumata görə, həmin filmlər "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsinə daxildir.

Bundan əlavə, studiyada SSRİ dövrü Azərbaycanın məşhur neft sənayesi yenilikçisi Ağa Nemətullaya və görkəmli pianoçu, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli filmlər üzərində də işlər yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti