...

"YARAT!" Bakıda "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün açılışını elan edir

Mədəniyyət Materials 21 Fevral 2013 11:24 (UTC +04:00)
Bakıda "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün filmlərinin nümayişi baş tutacaq.
"YARAT!" Bakıda "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün açılışını elan edir

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir C.Babayeva/

Bakıda "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən "Future Shorts" qısametrajlı filmlər festivalının qış mövsümünün filmlərinin nümayişi baş tutacaq.

Dünyanın ən füsnkar məkanlarında heyrətamiz qısametrajlı filmləri və məşhur rejissorlarının əsərlərini nümayiş etdirən "Future Shorts" Festivalı qış mövsümünün açılışını elan edir.

Trend-in məlumatına görə, bu film festivalı 90 ölkənin 325 şəhərində 45,000 tamaşaçının iştirakı ilə keçirilir.

"Future Shorts" Festivalı 10 il ərzində tamaşaçılar auditoriyasının yetişməsinin, təcrübələrin keçirilməsinin və filmlərin qavramasının alternativ yollarının axtarışı ilə bağlı tələbatın yaranmasına reaksiyanın nəticəsidir.

2003-cü ildən etibarən, dünya üzrə keyfiyyətcə yeni tamaşaçılar auditoriyasının formalaşması və milyonlarla insanın prosesə qoşulmasını təmin edəcək rejissorlar üçün platformanın yaradılması ilə məşğuldur.

"Future Shorts" Festivalı kütləvi kino yayım şəbəkəsinin yaradılması və tələbkar tamaşaçılar auditoriyasının formalaşması üzərində çalışmağa davam edir.

Festivalın Payız Mövsümünün ən yadda qalan nümayişləri sırasında yalnız bir neçə tədbiri qeyd etmək kifayətdir - Honqkonqda keçirilən Clockenflap Festivalı, Monqolustanın "Fers Function House" adlı məkanında nümayişlərin başlanması, Londonun Edge of Arabia məkanında nümayişlər, Britaniya Kitabxanasında, Tayvanın Texnologiya Mərkəzində keçirilən seanslar, Londonun İqtisadiyyat Məktəbi ilə yaranan əməkdaşlıq və s. Payız Mövsümü ərzində dünyanın 42 ölkəsində və 135-dən çox şəhərində qısametrajlı film nümayişi təşkil olunub. Bu Mövsümdə ilk dəfə olaraq Festivalın tərəf müqabillərinin sırasına PEN İnternational və Malaria No More UK təşkilatları da qoşulub.

Payız Mövsümündə 25,000-dən artıq tamaşaçı nümayişlərə təşrif buyurmaqla ən çox bəyəndikləri əsərə - "Future Shorts" Film Festivalının Tamaşaçılar Rəğbəti Mükafatını və xüsusi mükafatı qazanan, rejissor Reto Kaffinin 2007-ci ildə çəkdiyi "Zərbə Altında" (Auf der Strecke) filmə səs verib.

2013-cü ilin yanvar ayından mart ayınadək, Festivalın Qış Mövsümü çərçivəsində bütün dünya üzrə 7 ən çox maraq doğuran qısametrajlı filmin nümayişləri nəzərdə tutulub.

Tamaşaçıların diqqət mərkəzində Sundance Festivalının Münsiflər Heyəti tərəfindən mükafatla təltif olunan və somalilərin nöqteyi-nəzərinə əsasən Somali dəniz quldurları haqqında valehedici hekayəni nəql edən "Torsuz Balıq Ovu" (Keniya, 2010-cu il) filmi olacaq.

Bundan başqa, "Future Shorts" Qısametrajlı Filmlər Festivalında nümayiş olunacaq əsərlər sırasında "Tervyuren Kralı Marsel" (ABŞ, 2012-ci il) filmini, Vudstok Film Festivalın Münsiflər Heyətinin Mükafatını qazanan "Biz gedirik" (ABŞ, 2011-ci il) filmini, qorxu filminin əlamətləri ilə çəkilən "Cəhənnəmdən S." (ABŞ, 2010-cu il) sənədli əsərini, habelə quş və insan həyatı arasında bənzərlikləri aşkar edən "Vurğunlar" (Çexiya, 2010-cu il) yumoristik məhəbbət hekayəsini və Oskar Mükafatına nominasiya olunmuş, rejissor Patrik Eklundun çəkdiyi "Payız Toxumları" (İsveç, 2009-cu il) filmini qeyd etmək olar.

"Future Shorts" Qısametrajlı Film Festivalı dünyanın ən nəhəng və müxtəlif mövzulara meydan oxuyan, qəfildən yaranan film festivalı olaraq qalmaqdadır. Dünyanın istənilən məkanında hər kəs nümayişləri təşkil etməklə bu kinosevərlər, filmləri tədqiq edənlər və sərgüzəştlər axtaran qlobal şəbəkənin bir hissəsi olmaq şərəfinə nail ola bilər.

FUTURE CİNEMA LAYİHƏSİ HAQQINDA

FUTURE SHORTS, SECRET CİNEMA, SECRET SCREENİNG, THE OTHER CİNEMA, SECRET RESTAURANT, SECRET SWIMMING və SECRET YOUTH layihələrinin yaradıcıları filmin nümayişini musiqi, teatr və canlı performans sənəti ilə birləşdirən irimiqyaslı kino layihəsini icad edib. İlk dəfə olaraq 2005-ci ildə reallaşdırılan Future Cinema Layihəsi çoxsensorlu gəzintilərin təşkil olunması vasitəsilə böyük tamaşaçı kütləsini yığmağa müvəffəq olan və, beləliklə, həqiqətən də cəlbedici hadisəyə çevrilən bir tədbirdir. Bundan başqa, Future Shorts agentlik kimi də fəaliyyət göstərir və yaradıcı layihələrə istedadlı şəxsləri cəlb etməklə, habelə brend məhsullar, yeni seriya buraxılışlar və müxtəlif tərəfdaşlar üçün innovativ təcrübi kampaniyaların keçirilməsi ilə məşğuldur.

Bakida filmlərin nümayişi mart ayının 10-da 28 cinema club-da (28 ticarət mərkəzində) keçiriləcək. Nümayişlərin başlanmasi 19:00 və 21:00. Bilətləri 28 Cinema Club-un kassasında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti