...

IDEA kampaniyası yeni müsabiqə elan edir

Mədəniyyət Materials 21 Fevral 2013 11:52 (UTC +04:00)
IDEA "Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!" devizi altında müsabiqə elan edir.
IDEA kampaniyası yeni müsabiqə elan edir

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İzzət/

IDEA "Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!" devizi altında müsabiqə elan edir.

IDEA-dan Trend-ə bildiriblər ki, Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaq məqsədilə IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma və sosial şəbəkə xidməti olan "Instagram"da müsabiqə elan edir.

Müsabiqədə "Instagram" vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar iştirak edə bilər.

Bunun üçün "Instagram" istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature "hashtag"-i və "@idea_campaign" tag-i altında 20 Aprel 2013-cü il tarixinə kimi yükləməlidirlər.

Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq: I yer - iPhone 5; II yer - iPad mini və III yer - iPad 2 mükafatları ilə təltif olunacaqlar.

Nəzərinizə çatdıraq ki, müsabiqədə hər bir iştirakçı tərəfindən yüklənilmiş maksimum 3 fotoşəkil iştirak edəcək.

Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgi"sində də iştirakı üçün fotolar həmçinin [email protected] elektron ünvanına da göndərilməlidir.

Xatırladaq ki, "Instagram" əlavəsi "iOS" və "Android" əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.

Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti