...

İçərişəhərdə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş foto-art sərgi keçiriləcək

Mədəniyyət Materials 22 Fevral 2013 19:10 (UTC +04:00)
Fevral ayının 25-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər, “Qız qalası” rəsm qalereyasında Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş foto-art sərgi keçiriləcək.
İçərişəhərdə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş foto-art sərgi keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevral ayının 25-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər, "Qız qalası" rəsm qalereyasında Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş foto-art sərgi keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, "Xocalıda sahibini itirənlər" adlanan foto-art sərgi faciə qurbanlarının tapılmış şəxsi əşyalarının bizə müraciətidir. Şəkillər tamaşaçıda əşyalarını itirənlərin nəinki cinsi, yaşı, dünyagörüşü, hətta onların arzu və istəkləri barədə də təsəvvür yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti