...

Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Mədəniyyət Materials 22 Fevral 2013 19:49 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin payızında Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi nəzərdə tutulub.
Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin payızında Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalın keçirilməsində məqsəd turizmin müxtəlif aspektlərinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verəcək filmləri təbliğ etmək, daha uğurlu filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir.

Festival, eyni zamanda, dünyada beynəlxalq tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

Festivalla bağlı cari ilin 25 fevral tarixində, saat 15:00-da Turizm Film Festvalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfransda Festivalın rəsmi internet saytının təqdimatı da olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti