...

Bakıda “İtaliyanın nağıllar aləmi” adlı sərgi keçiriləcək

Mədəniyyət Materials 27 Fevral 2013 12:59 (UTC +04:00)
Martın 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi VİVA BELLA şirkəti ilə birgə “İtaliyanın nağıllar aləmi” adlı sərgisini təşkil edəcək.
Bakıda “İtaliyanın nağıllar aləmi” adlı sərgi keçiriləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Martın 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi VİVA BELLA şirkəti ilə birgə "İtaliyanın nağıllar aləmi" adlı sərgisini təşkil edəcək.

Akademiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, ekspozisiyada farfor kolleksiya kuklaları və gülləri nümayiş olunacaq. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə eyni vaxta təsadüf edən sərgi bizim əziz qadınlarımız və bütün incəsənət sevərlər üçün bayram hədiyyəsi olacaq.

Hazırda dünyanın beş kontinentində tanınan Montedragone firmasının əsası keçən əsrin 70-ci illərində, o zaman yeniyetmə xanım, indi isə tanınmış rəssam olan Stefani Rosetti və dizayner Nadir Binonun birgə əməkdaşlığı nəticəsində qoyulmuşdur. Firmanın ilk kuklaların geyimləri Venesiya kostyumları əsasında hazırlanmış və İtaliyanın tarixinə aid prototiplər əsasında yaradılmışdır. Bu seriya "gli Originali" və ya The Originals adlanırdı. Tezliklə İtalyanın digər farfor kukla istehsalçıları da Montedragone farfor kuklaları əsasında kuklalar istehsal etməyə başladılar.

Montedragone kolleksiyasını fərqləndirən cəhətlərdən biri də parlaq orijinal üslub və dəqiq seçilmiş materiallardır. Bütün əl işləri bu günə qədər firmanın yaradıcıları tərəfindən görülür. Montedragonenin laboratoriyasında dizayner Nadir Bino və heykəltəraş Paolo Friqo farfor kuklalarının əsasını hazırlayırlar, Stefaniya isə personajların üz cizgilərini çəkir və öz zövqünə əsaslanaraq onlar üçün müxtəlif paltarlar tikir. Montedragonenin kuklaları unikal və orijinaldır. Onların hər biri özünəməxsus xarakterə malikdir. Sənətkarlar kolleksiyaları İtalyan nağıllarının süjetinə əsasən hazırlayırlar. Bu mehriban feyalar, kinli cadugərlər, meşə cırtdanlarıdır. Hər personaj öz özlüyündə hansısa bir sehrə malikdir.

Montedragone kompaniyası özünün hand make məhsulunun hazırlanması üçün ən keyfiyyətli İtaliyan materiallarından istifadə edir - möhkəm çini, təbii ipək, incə krujevalar.
Montedragonenin fəlsəfəsi - daimi təcrübə, yeni konseptual ideyaların axtarışı və əfsanələrin sirrinə dalmaqdır.

Ekspozisiyada həmçinin 1981-ci ildə yaradılan Fabiola firmasının farfor kuklaları da nümayiş olunur. Fabiola firmasının əsası, əsasən dərziliklə məşğul olan Fabiola Karpanezenin unikal və incə zövqlü kuklaları hazırlamağa olan həvəsi nəticəsində qoyulmuşdur. İlk əvvəl Fabiola firmasının məhsulları toylarda, xaç suyuna salma mərasimlərində və digər bayramlarda hədiyyə edilən suvenir-kuklalardan ibarət idi. Son 10 ildə isə firmanın fəaliyyətinin əsas istiqaməti tipik Venesiya kuklalarının - "Venesiyali qız", "Arlekkino", "Pulçinella" və həmçinin feya, çırtdan və elf kimi digər nağıl qəhrəmanlarının hazırlanmasından ibarətdir. Fabiola məhsullarının hazırlanmasında yalnız İtaliya istehsalı olan keyfiyyətli materiallardan istifadə edir.

Sərgidə Union firmasının istehsalı olan farfor gül kompozisiyalarını da görmək mümkün olacaq. Bu incə zövqlü farfor güllərdən hazırlanmış kompozisiyalar qədim sənətkarlıq istehsalının ənənələrini və yeni minilliyin innovasiyalarını özündə birləşdirən 40 illik təcrübənin nəticəsidir.

Qeyd edək ki, sərginin rəsmi açılış günü giriş yalnız dəvətnamə ilə mümkündür. Martın 5-dən 10-a qədər sərgiyə giriş pulsuzdur Sərgi saat 10:00-dan 20:00-a fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti