...

Əyyub Quliyev Türkiyə musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılanıb

Mədəniyyət Materials 2 Mart 2013 03:59 (UTC +04:00)
Martın 1-də Türkiyə prezidenti yanında Sinfonik Orkestrində ölkəmizin gənc və parlayan sənətkarlarından biri olan Əyyub Quliyevin konserti olub.
Əyyub Quliyev Türkiyə musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılanıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Martın 1-də Türkiyə prezidenti yanında Sinfonik Orkestrində ölkəmizin gənc və parlayan sənətkarlarından biri olan Əyyub Quliyevin konserti olub. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, konsertdə səfir Faiq Bağırov başda olmaqla, səfirliyimizin əməkdaşları, Türkiyənin tanınmış incəsənət və ictimai xadimləri ilə yanaşı çox sayda sənət sevər iştirak ediblər.

Gənc və qabiliyyətli dirijor Əyyub Quliyev Azərbaycanın dahi bəstəkarları Fikrət Əmirov və Qara Qarayevlə yanaşı, dünyada tanınmış bəstəkarlar Richard Strauss, Gioacchino Rossini və Nikolaykorsakovun əsərlərinin səsləndirilməsini idarə edib.

Auditoriyadan böyük alqış toplayan konsert olduqca müvəffəqiyyətli olub.

Tədbirdən sonra dirijor Əyyub Quliyev ilə görüşən səfir Faiq Bağırov ona ölkəmizin mədəniyyətinin təbliğində göstərdiyi böyük nəaliyyətlərə görə minnətdarlığını bildirib və uğurlarının davamlı olmasını diləyib.

Xəbər lenti

Xəbər lenti