...

"Azərbaycan mədəniyyəti" respublika bilik müsabiqəsi keçirilir

Mədəniyyət Materials 5 Aprel 2013 18:52 (UTC +04:00)
Azərbaycan mədəniyyətinin tarixi və müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin aprel-may ayları ərzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında respublika bilik müsabiqəsi keçirir.
"Azərbaycan mədəniyyəti" respublika bilik müsabiqəsi keçirilir

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan mədəniyyətinin tarixi və müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2013-cü ilin aprel-may ayları ərzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında respublika bilik müsabiqəsi keçirir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqə 3 turdan ibarət olmaqla, 12-16 yaşlı şagirdlər arasında keçirilir.

Müsabiqənin I turu 2013-cü il aprel aynın 3-dək şəhər və rayonlarda, II (zona) turu aprel ayının 19-dək zonalar üzrə, III (yekun) turu may ayının 10-dək Bakı şəhərində keçiriləcək.

Müsabiqənin zona turları aprel ayının 8-10-da Xaçmaz və Şəmkirdə, aprel ayının 11-13-də İsmayıllı və Mingəçevirdə, aprel ayının15-17-də Saatlıda və aprel ayının 18-20-də Cəlilabadda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin olunmuş komissiya şagirdlərin cavablarını qiymətləndirir, bu komissiyanın qərarına əsasən yekun turunun iştirakçıları və müsabiqənin qalibləri müəyyən edilir.

Müsabiqənin qalibləri Mədəniyyət və Turizm Nazirliyinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti