...

Qara Qarayev V Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mədəniyyət Materials 9 Aprel 2013 17:40 (UTC +04:00)
14-19 aprel 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev V Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək.
Qara Qarayev V Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 9 aprel /Trend/

14-19 aprel 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev V Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, festival günlərində Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi və Muzey Mərkəzi də daxil olmaqla nazirliyin bir çox müəssisələrində Stas Malışev (Rusiya), Marianna Vısotskaya (Rusiya), Aleksandr Lyubimov (Rusiya), İvan Sokolov(Rusiya), Vlodimir Runçak (Ukrayna), Marsel Vorms (Hollandiya), "Accroche Note" ansamblı (Fransa), "Asko Schönberg" ansamblı (Hollandiya), "Avatara" Rəqs Qrupu (Almaniya/İspaniya), "Questa Musica" kamera xoru kimi məşhur solistlərin və ansamblların iştirakı ilə konsertlər, habelə Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir musiqi problemlərinə həsr olunmuş elmi simpozium təşkil olunacaq.

Bundan əlavə, aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevə həsr olunmuş foto və kitab sərgiləri keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti