...

YARAT! “İNDİ” layihəsi çərçivəsində Azərbaycan kinomarafonuna daxil olan filmlərin təqdimatını keçirir

Mədəniyyət Materials 11 Aprel 2013 10:01 (UTC +04:00)
Bu gün, aprelinn 11-də Bakıda Nizami kinoteatrında, mart ayının 30-31 tarixlərində “İNDİ” layihəsi çərçivəsində keçirilmiş 7-ci Azərbaycan kinomarafonuna daxil olan filmlərin təqdimatı olacaq. Bu barədə Trend xəbər verir.
YARAT! “İNDİ” layihəsi çərçivəsində Azərbaycan kinomarafonuna daxil olan filmlərin təqdimatını keçirir

Azərbaycan, Bakı, 11 aprel / Trend Life, müxbir Vüqar İmanov /

Bu gün, aprelinn 11-də Bakıda Nizami kinoteatrında, mart ayının 30-31 tarixlərində "İNDİ" layihəsi çərçivəsində keçirilmiş 7-ci Azərbaycan kinomarafonuna daxil olan filmlərin təqdimatı olacaq. Bu barədə Trend xəbər verir. "İNDİ" müxtəlif incəsənət sahələrinin əməkdaşlığı üçün nəzərdə tutulan və "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən həyata keçirilən bir layihədir. Layihə özünə rəssamları, musiqiçiləri, ədəbiyyatşünasları və kinematoqrafçıları cəlb etməyə çalışır.

Gecənin qonağlarına Azərbaycan kinomarafonunun iştirakçıları tərəfindən 36 saat ərzində çəkilmiş 7 qısametrajlı film təqdim ediləcək. Bəzi filmlər "Cinemasports/Azerbaijan" səhifəsində əvvəlcədən paylaşılıb, amma tamaşıçılar üçün sürpriz olacaq bir iş də layihəyə daxil edilib, hansını ki, müəlliflər və təşkilatçılardan başqa heç kəs görməyib.

Təqdim olunacaq işlər haqqında öz fikrini xüsusi dəvət olunmuş münsiflər heyəti bildirəcək. Onun tərkibinə kulturoloq, Avropa mədəniyyət parlamentinin üzvü Cahangir Səlimxanov, rejissor və "Yug" teatrının direktoru Tərlan Rəsulov, ssenarist və dramaturq Ramiz Fətəliyev, rejissor-dokumentalist Nonna Müzəffərova, ssenarist və prodüser İradə Bağırzadə daxildir. Adətən kinomarafon təşkilatçıları iştirakçını qiymətləndirmir və təltif etmirlər. Marafonun qalibi və məğlubu olmur. Amma ayrı-ayrı işlərin xüsusi mükafatlarla təltif etməyə münsiflərin ixtiyarı var.

Layihə "Bank Technique"in sponsorluğu ilə həyata keçirilir. "Bank Technique" uzun müddətdir ki, Azərbaycan incəsənətinin gənc nümayəndələrinin həyatında yaxından iştirak edir.

Layihənin keçiriləcəyi yer: Nizami kinoteatrı

Vaxt: 11 aprel, saat 19.00 - 21.00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti