...

Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılışı olacaq

Mədəniyyət Materials 23 Aprel 2013 12:39 (UTC +04:00)
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılış mərasimində iştirak etmək məqsədi ilə bu ölkəyə səfərə gedib.
Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılışı olacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılış mərasimində iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbat xidmətindən Trend-ə verilən məlumata görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində bu gün gerçəkləşəcək mərasimdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək.

Qniezno şəhərinə yola düşən Azərbaycan nümayəndə heyətinin tərkibinə tanınmış incəsənət xadimləri, musiqiçilər və digər şəxslər də daxildir.

"Dostluq" abidəsinin ümumi kompozisiyasına gəldikdə o, üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində ümummilli lider Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 metr, eni 1,7 metrdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qniezno şəhər rəhbərliyi və digər aidiyyəti qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, tarixi mənbələrə əsasən, Azərbaycan-Polşa əlaqələrinin 540 illik tarixə malik olduğu bildirilir. XV əsrin sonlarında Ağqoyunlu dövləti ilə Reç-Pospolita arasında məktublaşmalar aparılıb, qarşılıqlı səfərlər təşkil edilib. Gəncə, Bakı, Zaqatala və Quba şəhərlərində vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və digər tikililər bu gün dövlət tərəfindən qorunub saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti