...

Nizami Cəfərov: Azərbaycanda fonoqramla oxuyan müğənnilərə qarşı inzibati tədbir tətbiq etmək olmaz

Mədəniyyət Materials 24 Aprel 2013 16:38 (UTC +04:00)
Azərbaycanda konsertlərdə fonoqramla oxuyan müğənnilərə qarşı inzibati tədbir tətbiq etmək olmaz. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Nizami Cəfərov: Azərbaycanda fonoqramla oxuyan müğənnilərə qarşı inzibati tədbir tətbiq etmək olmaz

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda konsertlərdə fonoqramla oxuyan müğənnilərə qarşı inzibati tədbir tətbiq etmək olmaz. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, bu məsələ konsertlərin təşkilatçılarından asılıdır.

Cəfərov bildirib ki, dövlət əhəmiyyətli konsertlərdə fonoqramlardan istifadə olunmur. Belə konsertlərdə fonoqramdan istifadə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağan edilib.

Komitə sədri onu da deyib ki, sənət adamları arasında olan məhkəmə çəkişmələri ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur.

"Xalq artisti, xalq şairi olmasından asılı olmayaraq, heç kəs bir-birini təhqir edə bilməz. Ancaq sənət səviyyəsində müzakirələr aparıla bilər. Hansısa müğənni digərinin sənətini qəbul etməyə bilər. Tarix boyu belə olub. Ancaq bununla bağlı ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Çünki onlar insandırlar, gərək bunu etməsinlər. Bəzən populyar olan bir sənətkar özü üçün adi insanlardan fərqli olan xüsusi bir hüquq tələb edir. Bu, yolverilməzdir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti