...

YARAT! Müasir İncəsənət Məkanı rəssam və dizayner Orxan Məmmədin işini təqdim edir

Mədəniyyət Materials 30 Aprel 2013 10:06 (UTC +04:00)
Aprelin 30-da YARAT! Müasir İncəsənət Məkanı, “Participate Public Art Festival” ın növbəti iştirakçısının işini tamaşaçılara çatdıracaq.
YARAT! Müasir İncəsənət Məkanı rəssam və dizayner Orxan Məmmədin işini təqdim edir

Azərbaycan, Bakı, 30 aprel /Trend Life, müxbir C.Babayeva/

Aprelin 30-da YARAT! Müasir İncəsənət Məkanı, "Participate Public Art Festival" ın növbəti iştirakçısının işini tamaşaçılara çatdıracaq. Bu barədə Trend Life xəbər verir.

Yolu qırmızı xalça ilə bəzədilmiş keçid və əlavə digər daxili dekorativ elementlərin köməyi ilə dizayner və rəssam Orxan Məmməd şəhərin mərkəzində olan adi yeraltı keçidi özünəməxsus "V.İ.P." yeraltı keçidə çevirəcək. Bununla rəssam şəhər sakinlərinin diqqətini artıq adət halına çevrilmiş bir hala cəmləyir: bəzi piyadalar bilərəkdən keçidlərə fikir verməyib, yolu qadağan olmuş yerdən keçirlər və sürücülərlə bərabər özlərini də təhlükə altına atmış olurlar. Rəssam soyuq yeraltı keçidin divarlarına piyadaların duya biləcəyi vizual cazibəni əlavə edəcək. Sanki yeraltı keçiddən istifadə edəcək hər kəs özünü V.İ.P. qonaq saysın və meqopolisin həyatında oynadığı rolu başa düşsün; bu rəssamın istəyidir.

"V.İ.P. keçid" layihəsi "Participate Public Art Festival" çərçivəsində təqdim olunan 4-cü işdir. Yadınıza salaq ki, Azərbaycandan, Rusiyadan, Gürcüstandan, Böyük Britaniyadan, Portuqaliyadan, Hollandiyadan olan 10 rəssam xüsusi olaraq festival üçün öz işlərini hazırlamışlar. Festival "Bank Respublikanın" dəstəyi ilə keçirilir.

Açılış həftənin çərşənbə axşamı, aprelin 30-da saat 19.00-da olacaq.

Açılış yeri: Kukla Teatrının qarşısındakı yeraltı keçid.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti