...

"İrəvan xanlığı" kitabı italiyan dilində nəşr olunacaq

Mədəniyyət Materials 5 İyun 2013 21:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində səfir Vaqif Sadıqovun köməyi ilə Tarix İnstitutunda hazırlanmış “İrəvan tarixi” kitabının italiyan dilinə tərcümə olunması üçün hazırlıq işləri başa çatıb və İtaliya tərəfi ilə institut arasında müvafiq müqavilə imzalanıb.
"İrəvan xanlığı" kitabı italiyan dilində nəşr olunacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə Azərbaycanın İtaliyadakı səfirliyi arasındakı məsləhətləşmələr nəticəsində səfir Vaqif Sadıqovun köməyi ilə Tarix İnstitutunda hazırlanmış "İrəvan tarixi" kitabının italiyan dilinə tərcümə olunması üçün hazırlıq işləri başa çatıb və İtaliya tərəfi ilə institut arasında müvafiq müqavilə imzalanıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, əsər tanınmış italyan tarixçilər tərəfindən italiyan dilinə tərcümə ediləcək və Tarix İnstitutunun mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra İtaliyada nəşr olunacaq. Kitabın redaktəsi, kompüter qrafikası, maketinin hazırlanması, çapı, cildlənməsi, yayılması, daşınması, reklam edilməsi, eləcə də ingiliscədən tərcüməsi, redaktə və korrektəsi italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Kitabın internet şəbəkəsi ilə tanıdılması, Milan, Roma, Turin, Neapol və digər şəhərlərdə təqdimatının keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti