...

"Yarat!" rəssam Fərhad Haqverdinin layihəsini təqdim edir

Mədəniyyət Materials 24 İyun 2013 12:00 (UTC +04:00)
2013-cü ilin iyun ayının 24-də gənc rəssam Fərhad Haqverdi rəssamlar Həsən Haqverdiyev, Arif Əmirov və Aydın Bağırzadə ilə əməkdaşlıqda “YARd ArT” layihəsini təqdim edəcək. Bu barədə Trend Life xəbər verir.
"Yarat!" rəssam Fərhad Haqverdinin layihəsini təqdim edir

Azərbaycan, Bakı, 24 iyun /Trend Life, müxbir C.Babayeva/

2013-cü ilin iyun ayının 24-də gənc rəssam Fərhad Haqverdi rəssamlar Həsən Haqverdiyev, Arif Əmirov və Aydın Bağırzadə ilə əməkdaşlıqda "YARd ArT" layihəsini təqdim edəcək. Bu barədə Trend Life xəbər verir.

"YARd ArT" layihəsi Bank Respublika-nın sponsor dəstəyi hesabına reallaşdırılan və "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan Participate Public Art Festivalı çərçivəsində işlənilib və həyata keçirilib. Layihə əsas diqqəti açıq havada yerləşən şəhər ərazilərinin xüsusi məkanlarına-Bakı həyətlərinə-yetirir. Bundan başqa, layihədə həyətlər lazımi səviyyədə qiymətləndirilməyən və qrafika ilə divar naxışı vasitəsilə simaları dəyişdiriləcək məkan kimi təsvir olunur. Rəssam Fərhad Haqverdiyev həyata keçirdiyi layihəsi ilə həyət sakinlərini vəziyyəti dəyişdirmək məqsədilə hərəkətə gətirmək niyyətindədir.

Hazırda biz şəhərimizin sürətli inkişafının və bina fasadlarının restavrasiyası üçün külli miqdarda maliyyə vəsaitlərin ayrılmasının şahidiyik. İcra olunan layihənin məqsədi isə, sakinlərə güzəranları keçirdikləri şəxsi məkanlarının təkmilləşdirməsinin öyrədilməsidir.

Fərhad Haqverdiyev Bakıda yaşayan və burada əsərlərini yaradan rəssamdır. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunudur və Azərbaycanın Gənc Rəssamlar İttifaqının üzvüdür. Bu layihədən öncə Fərhad Haqverdi 2013-cü ildə Rəssamlar İttifaqının Sərgi Salonununda, 2012-ci ildə Müasir İncəsənət Sərgi Salonunda, 2010-cu ildə Bakı Muzey Mərkəzində və 2009-cu ildə "Yaradan" Sərgi Salonunda təşkil olunan müxtəlif sərgilərdə iştirak etmişdi.

Layihənin təqdimatı 24 iyun saat 17:00 tarixində keçiriləcək

Ünvan: Qızıl Şərq küçəsi, 8 ("Olimp" mağazasının yaxınlığında)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti