...

Şəkidə IV "İpək yolu" Beynəlxalq Musiqi Festivalı keçirilir

Mədəniyyət Materials 28 İyun 2013 20:40 (UTC +04:00)
Trend-in məlumatına görə, festival iyulun 4-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2010-cu ildən ənənəvi olaraq keçirilən festival bu dəfə də müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirəcək.
Şəkidə IV "İpək yolu" Beynəlxalq Musiqi Festivalı keçirilir

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Şəkidə IV "İpək yolu" Beynəlxalq Musiqi Festivalı keçirilir.

Trend-in məlumatına görə, festival iyulun 4-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2010-cu ildən ənənəvi olaraq keçirilən festival bu dəfə də müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirəcək. İyunun 28-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda festivalın "İpək yollarının sədaları və rəngləri" adlı ilk musiqi proqramı təqdim olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Şəkidə dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti ilə çıxış edəcək. Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunacaq tamaşanın baletmeysteri Vasili Medvedev, əsas rollarının ifaçısı isə xalq artisti Kamilla Hüseynova və əməkdar artist Gülağası Mirzəyevdir.

"TRT Müzik" kanalının ən sevilən proqramlarından olan "Axşam Səfası" kollektivi də Şəkidə keçiriləcək "İpək Yolu" festivalı"nda çıxış edəcək. Kollektiv Şəkidə musiqisevərlər qarşısına çıxacaq. İyunun 30-da təqdim olunacaq konsert proqramı "TRT Müzik" və "TRT Avaz" kanalları vasitəsilə canlı yayımlanacaq. Konsertdə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova və başqaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti