...

Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirilib

Mədəniyyət Materials 10 Dekabr 2013 15:35 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbə-bakalavrlarının təşəbbüsü və "Coca-Cola" şirkətinin dəstəyi ilə Bakıda "Ola biləcəyindən daha yaxşı ol" layihəsinin yekunu üzrə tədbir keçirilib.
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirilib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbə-bakalavrlarının təşəbbüsü və "Coca-Cola" şirkətinin dəstəyi ilə Bakıda "Ola biləcəyindən daha yaxşı ol" layihəsinin yekunu üzrə tədbir keçirilib.

Trend-in məlumatına görə, bu layihənin məqsədi aztəminatlı ailələrin uşaqlarına, himayədən məhrum olan əlil uşaqlara yardım etmək, həmçinin onların istedad və qabiliyyətlərini üzə çıxarmaqdır.

"Damla" QHT və "Coca-Cola" tərəfindən dəstəklənən layihə çərçivəsində ADA-da sərgi təşkil edilib.

Sərgidə yardıma ehtiyacı olan uşaqların hazırladıqları əl işləri, rəsmlər, oyuncaqlar və şirniyyatlar təqdim edilib.

Sərgi işini xeyriyyə konserti ilə davam etdirib. Konsertdə yardıma ehtiyacı olan uşaqlar rəqs ediblər, şeir oxuyublar və muğam ifa ediblər. Mövcud aksiyanı dəstəkləmək üçün iş adamları, digər ali məktəblərin tələbələri və dövlət işçiləri tədbirə dəvət edilib.

Qeyd etmək lazımdır ki, sosial məsuliyyət və vətəndaşlıq ADA-nın 4 əsas prinsipindən biridir. Ətraf mühit haqqında məsuliyyət və qayğı vərdişlərinin yaradılması və tələbələr arasında təşəbbüslər ADA üçün prioritetdir. Məhz buna görə də il ərzində ADA tələbələri tərəfindən müxtəlif tədbir və layihələr həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti