...

Xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Aprel 2014 15:41 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib .
Xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazir Artur Rasi-zadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca, xalq artisti Eldar Quliyev və başqaları iştirak ediblər.

Mərasimdə çıxış edən E.Əfəndiyev, N.Həsənzadə, Ə.Qarayev, E.Quliyev və başqaları İ.Hüseynovun həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə söhbət açıb, onun vəfatının ədəbiyyatımıza ağır itki olduğunu söyləyiblər.

Natiqlər qeyd ediblər ki, İ.Hüseynov cismən vəfat etsə də, ruhən qəlblərdə yaşayacaq, onun əsərləri daim insanlar tərəfindən sevilərək oxunacaq.

Qeyd edək ki, İ.Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib. Xalq yazıçısı I Fəxri xiyabanda dəfn olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti