...

Hüseyn Cavid yaradıcılığı ABŞ universitetində tədqiq olunur

Mədəniyyət Materials 11 Aprel 2014 12:00 (UTC +04:00)
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dahi dramaturq və şair Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.
Hüseyn Cavid yaradıcılığı ABŞ universitetində tədqiq olunur

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dahi dramaturq və şair Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.

H.Cavidin Ev Muzeyindən Trend-ə verilən məlumata görə, həmin universitetin professoru Audrey L.Altstadt H.Cavid yaradıcılığının tədqiqi ilə uzun müddətdir ki, məşğul olur. Onun Beynəlxalq Dil və Ədəbiyyat jurnalının (Journal of Language and Literature) 2014-cü ilin fevralında çapdan çıxan 5-ci cildinin 1-ci sayında "Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi" ("Husein Javid and The Writers Union of Azerbaijan") adlı məqaləsi də çap olunub.

Audrey L.Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin H.Cavidin 130 illik yubileyi münasibətilə keçirdiyi "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" adlı beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə edib. Hazırda alim AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə sıx əlaqədədir və tədqiqatını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti